
“Arsenal”da yeni müqavilə
“Arsenal” klubu müdafiəçisi Ben Uayt ilə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, yeni müqavilənin detalları haqda əlavə məlumat verilməyib.
Uayt 2021-ci ilin yayında “Brayton”dan 58,5 milyon avroya “Arsenal”a keçib. Müdafiəçi bu mövsüm bütün yarışlarda 38 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.
“Arsenal” İngiltərə Premyer Liqasında 28 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin