“Arsenal”dan sloveniyalı hücumçu üçün növbəti həmlə

“Arsenal” “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonu transfer etmək üçün növbəti addımını atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” artıq aktiv danışıqlar mərhələsinə keçiblər.

“Arsenal” bu transfer üçün həm 2024-cü ilin qışında, həm də mayında cəhd göstərmiş, ancaq Almaniya klubu bu təklifləri rədd etmişdi. Buna baxmayaraq, sloveniyalı hücumçuya maraq davam edir. Klub rəhbərliyi Şeşkonu hücum xəttinə perspektivli əlavə kimi görür.

21 yaşlı forvard 2024/25 mövsümündə “Leyptsiq”in heyətində bütün turnirlərdə 45 oyunda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası Bundesliqada mövsümü 51 xalla turnir cədvəlinin 7-ci pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button