“Arsenal”dan ayrılan futbolçudan açıqlama

Nikolya Pepe “Arsenal”da keçirdiyi vaxta görə peşman olmadığını deyib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pepe, futbolçu və insan kimi böyüdüyünü bildirib:

“İlk mövsümdə iki titul qazanmağı bacardım, bu vacibdir. Növbəti mövsüm təəssüf ki, Avropa Liqasının yarımfinalında “Vilyarreal”a uduzduq. Sonra daha çətin idi, amma yalnız yaxşı şeyləri xatırlayıram. Orada keçirdiyim vaxt məni ruhən sərtləşdirdi. Futbolçu və insan kimi böyümüşəm”.

“Arsenal” futbolçunu mövsümün sonuna kimi “Nitsa”ya icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button