
“Arsenal”da heç bir zəif cəhət görmürəm” – Sabiq futbolçu
İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer “Arsenal”ın Premyer Liqanın bu mövsümündəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu komandada heç bir zəif cəhət görmürəm. Onlar yenə də standart zərbələrdən qol vurdular, amma bu, onların oyununun yalnız bir tərəfidir. Məşqçilər heyətinin hücumda Timber və Kalafioridən istifadə etməsini bəyənirəm. Onlar say üstünlüyü yaradır və standart zərbə fürsətlərindən yararlanırlar”.
“Arsenal” İngiltərə Premyer Liqasının 10-cu turunda “Bernli”ni 2:0 hesabıyla məğlub edib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlinin vahid lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



