“Arsenal”da ciddi itki

“Arsenal”ın hücumçusu Kay Haverts dizindən aldığı zədə səbəbilə komandanın qarşıdakı oyunlarını buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Almaniyalı futbolçu bugünkü məşqi də buraxıb. Onun nə qədər müddətə sıradan çıxdığı isə hələlik dəqiqləşməyib.

“Topçular” artıq Havertsə əvəzləyici tapmaq üçün transfer bazarını araşdırmağa başlayıblar.

26 yaşlı oyunçu ötən mövsüm də ciddi zədə problemi yaşamışdı. Belə ki, o, fevralın əvvəlindən mayın ikinci yarısına qədər bud əzələsindəki zədə səbəbindən meydana çıxa bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button