“Arsenal” aparıcı futbolçusunu 4-6 həftəliyə itirib
“Arsenal”ın vingeri Bukayo Saka zədələnib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən 4-6 həftə “topçular”ın heyətindən kənarda qalacaq. Onun zədəsi ilə bağlı “Arsenal”dan rəsmi məlumat yoxdur.
Saka londonluların əsas oyunçularından biri olmaqla yanaşı, Premyer Liqanın ən bahalı futbolçularından biridir. O, cari mövsümdə keçirdiyi bütün turnirlərdə 24 matçda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
23 yaşlı yarımmüdafiəçi “Kristal Pelas” – “Arsenal” matçının ilk yarısında zədələnib. Ötən şənbə günü baş tutan qarşılaşma Mikel Artetanın yetirmələrinin qələbəsi ilə yekunlaşıb – 5:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin