
Sabiq baş məşqçisi “Arsenal”ı “Liverpul”la müqayisə etdi
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın cari mövsümdə Premyer Liqanı qazanmaq potensialını yüksək qiymətləndirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu il komandada bütün problemlərin öhdəsindən gələ biləcək oyunçuların olduğunu deyib:
“Bəli, heç şübhəsiz. Deyə bilərəm ki, bunu hər il deyirəm, amma bu il komandada həqiqətən, bütün problemlərin öhdəsindən gələ biləcək oyunçular var.
Keçən mövsüm Kay Haverts və Bukayo Saka itirildikdə bu, çox çətin idi. Amma bu il heyətdə Noni Madueke, Ebereçi Eze, Qabriel Martinelli, Leandro Trossard var. Müdafiədə Kristian Moskera oynayır, cinahlarda və müdafiədə rotasiya mümkündür. Mayls Lyuis-Skelli hazırda əsas heyətə düşmür, halbuki o, İngiltərə millisinin üzvüdür.
Onları “Liverpul”la müqayisə edin. Mən “Liverpul”un “Çelsi” ilə oyununu izlədim. Həmin matçda Dominik Soboslayi sağ cinah müdafiəçisi, Rayan Qravenberx isə mərkəzdə çıxış edirdi. “Arsenal” belə vəziyyətə düşməzdi”.
Vengerin sözlərinə görə, hazırkı heyət “Arsenal”a həm fiziki, həm də taktiki baxımdan Premyer Liqada uğur qazanmağa kifayət edir.
Bizi Facebook-da izləyin



