100-ə çatdı
İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Arsenal” – “Brayton” oyunu (1:2) Aleksandr Lakazett üçün əlamətdar olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın yeganə qolunun müəllifi olan fransalı futbolçu, London klubunun heyətində 100-cü oyununu keçirib.
2017-ci ildən “Arsenal”ın şərəfini qoruyan 28 yaşlı futbolçu, 41 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin