“Arsenal”a təzyiq göstərdik” – Nistelroy
PSV-nin baş məşqçisi Rud van Nistelroy Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Arsenal” üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, birinci hissənin asan olmadığını deyib:
“Birinci hissə asan olmadı və uşaqlardan bəzilərinin enerjisinin tükəndiyini gördüm. Çünki top üçün çox mübarizə aparmalı olduq. İkinci hissə daha yaxşı alındı. “Arsenal”a təzyiq göstərdik, daha təhlükəli idik və rəqibə çox da imkan vermədik”.
PSV 10 xal toplayıb və öz qrupunda 2-cidir. “Arsenal” isə 12 xalla birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin