
“Arsenal”a çox qol vuran hücumçu lazımdır” – Sabiq futbolçu
“Arsenal”ın sabiq futbolçusu Yan Rayt klubun təcili olaraq mərkəz hücumçusuna ehtiyac duyduğunu bildirib.
Komanda.az xəbər verir ki, o, bu barədə “Metro”-ya açıqlamasında deyib:
“Komandaya çox qol vuran bir hücumçu lazımdır. Rasmus Hoylund və Darvin Nunyes kimi variantlar uyğun deyil. Bu transferdə səhv etmək olmaz. Düşünürəm ki, yay transfer dönəmində Mikel Artetanın (baş məşqçi) forvard almağa kifayət qədər büdcəsi olacaq”.
“Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində 68 xalla ikinci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında isə yarımfinala qədər irəliləyib və burada iki oyunun nəticəsinə əsasən PSJ-yə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



