
“Arsenal” ukraynalı ilə müqaviləni uzatmaq istəyir
“Arsenal” rəhbərliyi müdafiəçi Oleksandr Zinçenko ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu ukraynalı futbolçu ilə yeni müqavilənin 2028-ci ilə qədər qüvvədə olmasında maraqlıdır.
26 yaşlı futbolçu 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a keçib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin