“Arsenal” ukraynalı futbolçu ilə bağlı qərar verib
“Arsenal” Aleksander Zinçenko ilə bağlı planlar barədə qərar verib.
Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, ukraynalı müdafiəçi komandanın məşqçilər heyətinin planlarına daxil deyil və qış transfer pəncərəsində satıla bilər.
“Topçular”ın baş məşqçisi Mikel Arteta sol cinah müdafiəçi mövqeyində digər oyunçulardan istifadə etmək niyyətindədir.
Zinçenko bu mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə qol vurmadan dörd oyun keçirib. Onunla klub arasındakı müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.
27 yaşlı futbolçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin