
“Arsenal” yeni formasını təqdim etdi – FOTO
“Arsenal” klubu 2022/2023 mövsümü üçün ev formasını təqdim edib.
Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. Komandanın yeni forma dəsti “Arsenal”ın qırmızı və ağ – ənənəvi rənglərində hazırlanıb. Köynəyin alt hissəsi qırmızı, yaxası və qolları ağ rəngdədir. Formanın yaxasında qırmızı zolaqlar var.
“Arsenal”ın futbolçuları İngiltərə Premyer Liqasının 38-ci turunun “Everton”la keçiriləcək matçında ilk dəfə yeni formaları geyinəcəklər.
“Arsenal” 37 turdan sonra Premyer Liqanın turnir cədvəlində 66 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin