“Arsenal”la “Çelsi”nin hədəfindədir – 100 milyon avroluq futbolçu

Lissabon “Sportinq”inin vingeri Covani Kendenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” klubları 17 yaşlı vingeri transfer etməkdə maraqlıdır. Bu klubların skautları Kendenin son matçlardakı çıxışını izləyib və onun səviyyəsindən razı qalıblar.

Kendenin Portuqaliya klubu ilə müqaviləsində 100 milyon avroluq sərbəstqalma bəndi var.

Portuqaliyalı futbolçu cari mövsümdə 13 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button