“Arsenal” braziliyalı hücumçu üçün danışıqlar aparıb

“Vulverhempton”un hücumçusu Mateus Kunya qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə “Arsenal” maraqlanır.

London klubunun rəhbərliyi artıq 25 yaşlı hücumçunun transferi ilə bağlı ilkin danışıqlar aparıb. “Vulverhempton” lideri ilə ayrılmaq niyyətində deyil və ona təkmilləşdirilmiş yeni müqavilə təklif etməyi planlaşdırır.

Kunya cari mövsümdə “Vulverhempton”un heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button