Bakıda İngiltərə finalı olacaq!
Bu gün Avropa Liqasında 1/2 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Arsenal” səfərdə “Valensiya” ilə qarşılaşıb. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan “topçular”, səfərdə də inamlı qələbəyə sevinməklə finala adlayıb.
Digər oyunda “Çelsi” doğma azarkeşləri önündə “Ayntraxt”ı qəbul edib. Səfərdə Frankfurt təmsilçisiylə qollu bərabərə qalan (1:1) “zadəganlar”, görüşün əsas favoriti idi. Amma cavab qarşılaşmasında da əsas vaxt 1:1 yekunlaşıb. Tərəflər əlavə vaxtda da tarazlığı poza bilməyiblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” həlledici oyuna vəsiqə qazanıb.
Beləliklə, Avropa Liqasının finalında “Arsenal”la “Çelsi” üz-üzə gələcək. London klubları arasındakı oyun mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.
Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları
9 may
Valensiya (İspaniya) – Arsenal (İngiltərə) 2:4
Qol: Qameyro, 11; 58 – Obameyanq, 17; 69; 88. Lakazett, 50.
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 3:1
Çelsi (İngiltərə) – Ayntraxt (Almaniya) 1:1 (penaltilər 4:3)
Qol: Loftus-Çik, 28 – Yoviç, 49.
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 1:1.
Bizi Facebook-da izləyin