
“Arsenal”ın müdafiəçisi PSJ ilə matçdan əvvəl son məşqdə iştirak etməyib
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ ilə keçiriləcək vacib qarşılaşma öncəsi “Arsenal” ciddi itki ilə üzləşə bilər.
Komandanın müdafiəçisi Rikkardo Kalafiori oyunöncəsi son məşqdə iştirak etməyib.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta mətbuat konfransında məlumat verib.
Yarımfinal mərhələsinin ilk oyunu bu gün Londonda keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



