“Arsenal”la “Atletiko” istəyirdi, “Ayaks”…
“Ayaks” futbolçusu Nikolas Taqliyafikonun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi argentinalı futbolçuyla müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ildən “Ayaks”da çıxış edən Taqliyafiko ilə “Arsenal” və “Atletiko” yaxından maraqlanırdı.
26 yaşlı müdafiəçi bu mövsüm “Ayaks”la 42 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin