“Arsenal” uduzdu, “Mançester Siti” çempionluğu rəsmiləşdirdi
İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 6 görüş baş tutub.
“Bornmut”un qonağı olan “Mançester Yunayted” isə tək qolla 3 xal qazanıb. “Liverpul” “Aston Villa” ilə ev oyununda xal itirib. “Tottenhem” doğma meydanda “Brentford”a, “Arsenal” səfərdə “Nottingem Forest”ə uduzub.
Ardıcıl ikinci məğlubiyyətini alan “Arsenal”ın 81 xalda qalması 85 xalla lider olan “Mançester Siti”nin sona bir tur qalmış çempionluğu rəsmiləşdirməsinə şərait yaradıb. Bu, “şəhərlilər”in 9-cu İngiltərə çempionluğudur
İngiltərə Premyer Liqası
37-ci tur
20 may
Tottenhem – Brentford 1:3
Qol: Keyn, 8 – Mbeumo, 50; 62. Vissa, 88.
Bornmut – Mançester Yunayted 0:1
Qol: Kazemiro, 9.
Fulhem – Kristal Palas 2:2
Qol: Mitroviç, 45+5; 61 – Eduard, 34. Uord, 83.
Liverpul – Aston Villa 1:1
Qol: Firmino, 89 – Remsi, 27.
Vulverhempton – Everton 1:1
Qol: Hvanq, 34 – Mina, 90+9.
Nottingem Forest – Arsenal 1:0
Qol: Avoniyi, 19.
21 may
16:30. Vest Hem – Lids
17:00. Brayton – Sauthempton
19:00. Mançester Siti – Çelsi
22 may
23:00. Nyukasl – Lester Siti
Bizi Facebook-da izləyin