“Arsenal” uduzdu, “Çelsi” və “Liverpul” qalib gəldi
İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. “Arsenal” səfərdə “Vest Hem”lə üz-üzə gəlib və minimal hesabla məğlub olub. Paytaxtın digər təmsilçisi “Çelsi” isə öz meydanında “Nyukasl”la qarşılaşmadan qələbə ilə ayrılıb. Turnir cədvəlinin lideri “Liverpul” “Brayton”un qonağı olub. Minimal hesabla qalib gələn qonaqlar zirvədəki mövqeyini bir qədər də möhkəmləndirib.
Turun maraqla gözlənilən qarşılaşması Londonda keçiriləcək. “Tottenhem” öz meydanında Ole-Qunnar Sulşerin rəhbərliyiylə son 5 oyunda qələbə qazanan “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərə Premyer Liqası, 22-ci tur
12 yanvar
Vest Hem – Arsenal 1:0
Qol: Rays, 48.
Kardiff Siti – Haddersfild 0:0
Brayton – Liverpul 0:1
Qol: Salah, 50-pen.
Bernli – Fulhem 2:1
Qol: Brayan, 20-öz qapısına. Odoi, 23-öz qapısına – Şürrle, 2.
Kristal Pelas – Uotford 1:2
Qol: Katkart, 38-öz qapısına – Katkart, 67. Kleverli, 74.
Lester – Sauthempton 1:2
Qol: Ndidi, 58 – Uord-Prouz, 11-pen. Lonq, 45.
Çelsi – Nyukasl 2:1
Qol: Pedro, 9. Villian, 57 – Klark, 40.
13 yanvar
18:15 Everton – Bornmut
20:30 Tottenhem – Mançester Yunayted
14 yanvar
00:00 Mançester Siti – Vulverhempton
Bombardir: Pyer-Emerik Obameyanq (Arsenal), Harri Keyn (Tottenhem) – 14 qol.
Bizi Facebook-da izləyin