“Arsenal” uduzdu, “Çelsi” və “Liverpul” qalib gəldi

İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. “Arsenal” səfərdə “Vest Hem”lə üz-üzə gəlib və minimal hesabla məğlub olub. Paytaxtın digər təmsilçisi “Çelsi” isə öz meydanında “Nyukasl”la qarşılaşmadan qələbə ilə ayrılıb. Turnir cədvəlinin lideri “Liverpul” “Brayton”un qonağı olub. Minimal hesabla qalib gələn qonaqlar zirvədəki mövqeyini bir qədər də möhkəmləndirib.

Turun maraqla gözlənilən qarşılaşması Londonda keçiriləcək. “Tottenhem” öz meydanında Ole-Qunnar Sulşerin rəhbərliyiylə son 5 oyunda qələbə qazanan “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərə Premyer Liqası, 22-ci tur

12 yanvar

Vest Hem – Arsenal 1:0

Qol: Rays, 48.

Kardiff Siti – Haddersfild 0:0

Brayton – Liverpul 0:1


Qol: Salah, 50-pen.

Bernli – Fulhem 2:1

Qol: Brayan, 20-öz qapısına. Odoi, 23-öz qapısına – Şürrle, 2.

Kristal Pelas – Uotford 1:2

Qol: Katkart, 38-öz qapısına – Katkart, 67. Kleverli, 74.

Lester – Sauthempton 1:2

Qol: Ndidi, 58 – Uord-Prouz, 11-pen. Lonq, 45.

Çelsi – Nyukasl 2:1

Qol: Pedro, 9. Villian, 57 – Klark, 40.

13 yanvar

18:15 Everton – Bornmut
20:30 Tottenhem – Mançester Yunayted

14 yanvar

00:00 Mançester Siti – Vulverhempton

Bombardir: Pyer-Emerik Obameyanq (Arsenal), Harri Keyn (Tottenhem) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button