
İngiltərə klubu türk futbolçu üçün hərəkətə keçib
“Arsenal” “Yuventus”un hücumçusu Kənan Yıldızla maraqlanır.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, London klubu artıq 20 yaşlı forvardla bağlı danışıqlara start verib.
“Yuventus” ötən yay Kənanı satmaqdan imtina etmiş və “Çelsi”nin təklifini rədd etmişdi.
Turin təmsilçisi türkiyəli oyunçunun qiymətini təxminən 98 milyon avro dəyərində müəyyənləşdirib. O, cari mövsümdə bütün turnirlərdə 5 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



