Parti üçün əvəzləyici axtarılır

“Arsenal” mövsümün sonunda müqaviləsi başa çatacaq Tomas Partinin yerinə potensial əvəzləyici axtarır.

“Topçular” 32 yaşlı qanalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməkdə maraqlı olsalar da, onunla yolların ayrılacağı ehtimalını da nəzərə alaraq, alternativ variantları araşdırırlar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Premyer Liqa təcrübəsi olan bir futbolçuya üstünlük verir. Yaxın vaxtlarda “Real Sosyedad”dan Martin Subimendi ilə heyətin gücləndirilməsi gözlənilir və rəhbərlik komandanın eyni anda çoxlu sayda adaptasiyaya ehtiyac duyan oyunçularla yüklənməsini istəmir.

Tomas Parti 2020-ci ildən “Arsenal”ın heyətində çıxış edir və iyunda 32 yaşını qeyd edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button