“Arsenal” tarixinin ən bahalı transferini həyata keçirə bilər

“Arsenal” yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Topçular” hazırda “Nyukasl”da çıxış edən isveçli hücumçu Aleksandr İsakı transfer etməyi hədəfləyir. Bu keçid “Arsenal” tarixində rekord ola bilər, çünki “sağsağanlar” İsaka görə 130 milyon avrodan çox qazanmaq istəyirlər.

25 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 22 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button