“Lion” “Arsenal”ın təklifini qəbul etmədi

“Arsenal” “Lion”un futbolçusu Ussem Auarı transfer etmək niyyətindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərib. Bunu “Lion”un prezidenti Jan-Mişel Olas da təsdiqləyib:

“Arsenal” bizə təklif göndərdi. Deyəsən, onlar Auarın Fransa millisinin üzvü olduğunu düşünməyiblər. Futbolçunu satmağmız barədə düşündürə biləcək təklif deyildi”.

“Arsenal”ın Auar üçün 38 milyon avro təklif etdiyi bildirilir. “Lion” isə 22 yaşlı futbolçunun transferindən azı 40 milyon avro qazanmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button