“Arsenal” “Ştutqart”ın hücumçusu ilə danışıqlara başlayıb

“Arsenal” “Ştutqart”ın hücumçusu Seru Qirassinin transferi ilə bağlı danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın futbolçu üçün mübarizədə əsas rəqibi Dortmund “Borussiya”sıdır.

Qirassi Bundesliqanın son mövsümündə 28 oyuna çıxıb, 28 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Ştutqart”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button