“Arsenal” şotlandiyalı futbolçunu icarəyə verməyə hazırlaşır
İspaniyanın “Real Sosyedad” klubu İngiltərə “Arsenal”ının sol cinah müdafiəçisi Kiran Tirnini icarəyə götürməyə hazırlaşır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, londonlular da öz növbəsində Tirnini satmaqda və ya icarə müddətinin sonunda məcburi satınalmada maraqlıdır.
“Arsenal”ın 26 yaşlı şotlandiyalı futbolçunu 30 milyon funt sterlinqdən çox qiymətləndirdiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin