
“Arsenal”ın futbolçusu bir neçə oyunu buraxacaq
“Arsenal”ın oyunçusu Bukayo Saka İngiltərə millisinin Millətlər Liqasında Yunanıstana qarşı keçirdiyi oyunda (1:2) zədələnib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçiyə bud nahiyəsindən zədə diaqnozu qoyulub. Çox güman ki, o, bu səbəbdən qarşıdakı bir neçə oyunu buraxacaq.
Saka 2024/25 mövsümündə “topçular”ın heyətində 9 matçda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Arsenal” İngiltərə çempionatının 7 turunun nəticələrinə əsasən 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Londonlular lider “Liverpul”dan bir xal geri qalırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin