“Arsenal” razılığa gələ bilmədi, “Aston Villa”ya keçdi
“Arsenal” bu yay “Everton”dan yarımmüdafiəçi Amadu Onananı almağa çalışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” belçikalı futbolçu ilə yaxından maraqlanırdılar, lakin London klubu “Everton”la razılığa gələ bilməyib.
Onana sonda onun üçün 60 milyon avro ödəyən “Aston Villa” ilə müqavilə imzalayıb. 22 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin