“Arsenal” rəhbərliyinin yerində olsaydım, onu alardım”
“Arsenal”ın keçmiş futbolçusu Pol Merson “topçular”a “Brentford”un hücumçusu İvan Tonini transfer etməyi təklif edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, ingiltərəli forvardın ağıllı futbolçu olduğunu deyib:
“Mən Toni ilə Qabriel Jesus arasında böyük fərq görmürəm. “Arsenal” rəhbərliyinin yerində olsaydım, onu alardım. Londonluların taktikasına çox uyğun oyunçudur. İvan ağıllı futbolçudur. O, Harri Keyn deyil, amma onun kimi eyni işi icra edə bilər”.
27 yaşlı forvard İngiltərə Premyer Liqasının bombardirlik yarışında yalnız Erlinq Haland (“Mançester Siti”, 33 qol) və Harri Keyndən (“Tottenhem”, 24 qol) geri qalır (20 qol).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin