“Arsenal” “Qarabağ”ın rəqibinin baş skautunu “oğurlamaq” istəyir

“Arsenal” “Napoli”nin baş skautunu işə götürmək üçün çalışır.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Premyer Liqa klubu Mauritsio Mikeliyə yüksək səviyyəli iş təklif etmək istəyir. Danışıqlar qabaqcıl mərhələdədir.

57 yaşlı italiyalı mütəxəssis Marek Hamşik, Kim Min Jae və Xviça  Kvaratsxeliya kimi istedadlı futbolçuları ortaya çıxarması ilə tanınır. Əvvəllər “Udineze”də skaut və “Breşiya”da idman direktoru olan Mikeli ilk dəfə 2010-cu ildə “Napoli”nin skaut işi ilə məşğul olub. Orada beş il keçirdikdən sonra isə “Verona” və “Bolonya”da işləyib, 2018-ci ildə “Napoli”yə qayıdıb. “Yuventus” ona 2024-cü ildə iş təklif etmişdi.

“Napoli “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button