“Arsenal” qalib gəldi, “Liverpul”, MY və MS məğlub oldu

İngiltərə Premyer Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, bu gün 8 qarşılaşma baş tutub.

“Everton” evdə “Luton Taun”a, “Mançester Yunayted” “Kristal Pelas”a uduzub. Səfərdə “Vulverhempton”la qarşılaşan son çempion “Mançester Siti” də bu oyundan xalsız ayrılıb. “Liverpul” isə səfərdə “Tottenhem”ə məğlub olub. Səfərdə “Bornmut”la qarşılaşan “Arsenal” isə darmadağına sevinib.

İngiltərə Premyer Liqası
7-ci tur

30 sentyabr

Aston Villa – Brayton 6:1
Qollar: Uotkins, 14; 21; 65. Estupinan, 26-öz qapısına. Remsi, 85. D.Luis, 90+7 – Fati, 50.

Bornmut – Arsenal 0:4
Qollar: Saka, 17. Edeqor, 44-pen. Haverts, 53-pen. Uayt, 90+3.

Everton – Luton Taun 1:2
Qollar
: Levin, 41 – Lokyer, 24. Morris, 31.

Mançester Yunayted – Kristal Pelas 0:1
Qol
: Andersen, 25.

Nyukasl – Börnli 2:0
Qollar
: Almiron, 14. İsak, 76-pen.

Vest Hem – Şeffild Yunayted 2:0
Qollar
: Bouen, 24. Souçek, 37.

Vulverhempton – Mançester Siti 2:1
Qollar
: R.Dias, 13-öz qapısına. Hvanq, 66 – X.Alvares, 58.

Tottenhem – Liverpul 2:1
Qollar
: Son, 36. Matip, 90+6-öz qapısına – Qakpo, 45+4.

1 oktyabr

17:00. Nottingem Forest – Brentford

2 oktyabr

23:00. Fulhem – Çelsi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button