
“Arsenal” “Portu” ilə anlaşa bilmir
“Arsenal”ın polşalı müdafiəçisi Yakub Kiviorun transferi hələ də qeyri-müəyyən olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”la “Portu” arasında razılıq tam əldə olunmayıb.
25 yaşlı futbolçu dünən də “Arsenal”ın məşqində iştirak edib. “Portu”nun təklifi masada olsa da, londonlular hələ ki, razılıq verməyib.
Kivior bu mövsümdə hələ meydana çıxmayıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



