“Arsenal” polşalı futbolçu üçün təklif gözləyir

“Arsenal” müdafiəçisi Yakub Kivorla bağlı qərar verib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “topçular” sərfəli təklif olarsa, bu transfer dönəmində 23 yaşlı futbolçunu satmağa hazırdır.

Kivor bir müddət əvvəl yeni müdafiəçi axtarışında olan “Yuventus”un marağında idi. Turin klubunun baş məşqçisi Tiaqo Motta artıq “Spetsia”da polşalı futbolçu ilə çalışıb və keçmiş oyunçusuna qovuşmağa hazırdır.

Kivor ötən mövsümün ikinci yarısında tez-tez “Arsenal”ın əsas heyətində meydana çıxıb və komandanın Premyer Liqa çempionluğu uğrunda sonadək mübarizə aparmasına kömək edib. “Mançester Siti” son anda çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button