
“Arsenal” zorlamada ittiham olunan Parti haqda: “Artıq futbolçumuz deyil”
“Arsenal” keçmiş yarımmüdafiəçisi Tomas Partinin zorlamada ittiham edilməsinə münasibət bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, London klubu açıqlamasında Partinin müqaviləsinin müddətinin 30 iyun tarixində başa çatdığını deyib:
“Futbolçunun müqaviləsinin müddəti 30 iyun tarixində başa çatıb. Davam edən məhkəmə prosesi ilə əlaqədar klub bu məsələyə şərh vermək imkanında deyil”.
Daha əvvəl məlumat verilmişdi ki, “Arsenal”ın və “Atletiko”nun sabiq oyunçusu olan Parti beş zorlama və bir cinsi zorakılıq epizodu ilə bağlı rəsmi olaraq ittiham olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



