“Arsenal” öz meydanında həqiqətən güclü olduğunu göstərdi” – Keyn
“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”la heç-heçəni (2:2) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu oyunun nəticəsini ideal adlandırıb:
“Biz sadəcə bir komanda olaraq daha çox şey etməli idik. Yəqin ki, bu oyunu ideal adlandırmaq olar. Çünki bu, Çempionlar Liqasının 1/4 finalıdır. Belə oyunlarda ehtiras lazımdır, birlik lazımdır. Biz bunu göstərdik.
Qələbə qazanmasaz, sevinmirsiz, amma “Arsenal” öz meydanında həqiqətən güclü olduğunu göstərdi. Ona görə də, bunu müsbət nəticə kimi görürük. Kiçik bir addım atdıq və indi qarşıda daha böyük oyunumuz var. Mən ingilisəm, ona görə də, “Uembli”də final mənim üçün böyük arzudur. Amma hələ qarşıda çox zaman var”.
Cavab görüşü aprelin 17-də Münhendə baş tutacaq.
Bizi Facebook-da izləyin