“Arsenal” onunla yeni müqavilə imzalayacaq

“Arsenal”ın hücumçusu İtan Nvaneri klubu ilə yeni müqavilə bağlamağa razılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər hazırda danışıqlar aparırlar.

Nvanerinin “Arsenal”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. 18 yaşlı forvard İngiltərə çempionatının son mövsümündə 26 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Topçular” 2024/25 mövsümünün sonunda Premyer Liqada ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button