“Arsenal” onunla müqaviləni yeniləyir
Yarımmüdafiəçi Bukayo Saka “Arsenal”la yeni müqavilə imzalayacaq.
Komanda.az “Football insider”-ə istinadən xəbər verir ki, tərəflər yaxın vaxtlarda 2027-ci ilə kimi nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayacaqlar.
21 yaşlı Bukayo 2019-cu ilin iyulundan London klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
Cinah oyunçusu bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin