“Arsenal”da ən çox maaşı o ala bilər – Yeni müqavilə bağlasa

“Arsenal” hücumçusu Qabriel Martinelli ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı yeni sözləşməyə əsasən, klubun ən çox maaş alan futbolçusu ola bilər. “Topçular” futbolçunun maaşını həftəlik 200 min funt-sterlinqə qaldırmağa hazırdır.

Öncədən “Barselona”nın hücumçu ilə maraqlandığı, lakin “sambaçı”nın London klubunda qalmağa üstünlük verdiyi bildirilirdi.

Martinelli 2019-cu ilin iyulundan “Arsenal”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində 20 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button