“Arsenal” hücumçusunu satmağa hazırdır

“Arsenal”ın hücumçusu Qabriel Jesus yanvarda komandadan ayrıla bilər.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun tez-tez zədələnməsi səbəbindən əsas heyətdə mövqeyini bərpa etməsi çətin görünür və klub rəhbərliyi onunla bağlı təklifləri dəyərləndirməyə hazırdır.

London təmsilçisi 28 yaşlı forvard üçün təxminən 30 milyon funt sterlinq (34,5 milyon avro) tələb edir. Jesusa “Milan” maraq göstərir, amma qiyməti yüksək hesab edir. Onun vəziyyətini “Everton” da izləyir.

Jesusun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button