“Arsenal” baş məşqçi problemini həll etdi
İngiltərənin “Arsenal” klubu Unay Emerinin istefasından sonra boş qalmış baş məşqçi postuna təyinata hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” Mikel Arteta ilə anlaşıb. 37 yaşlı mütəxəssisin London komandasının “sükanı arxasına” keçməyə hazırlaşdığı və Emeri ilə eyni məvacibi alacağı bildirilir.
Bu təyinatın yaxın günlərdə rəsmiləşəcəyi və komandanı Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək “Everton”la oyuna Artetanın çıxaracağı deyilir.
“Everton” – “Arsenal” oyunu dekabrın 21-də keçiriləcək.
“Arsenal” Emerinin istefasından sonra müvəqqəti olaraq Fredrik Lunqberqə tapşırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin