“Arsenal” onunla anlaşdı: 5 illik müqavilə imzalayacaq

Fransanın PSJ klubunun müdafiəçisi Layvin Kurzava karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 27 yaşlı futbolçu ilə razılaşıb. Paris klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçu, azad agent kimi “topçular”a qoşulacaq. “Arsenal”ın Kurzava ilə 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilir.

Futbolçunun adı “Yuventus” və “Barselona” ilə də yanaşı çəkilirdi.

Fransalı futbolçu 2015-ci ildən PSJ-də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button