
“Arsenal” onun üçün “Tottenhem”lə mübarizə aparacaq
“Korintians”ın yarımmüdafiəçisi Breno Bidon Premyer Liqaya keçə bilər.
Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin transferində “Tottenhem” və “Arsenal” maraqlıdır. Futbolçunun adı çəkilən klublardan birinə keçidi yay transfer pəncərəsində baş tuta bilər.
Bidon 2024-cü ilin yazından “Korintians”da oynayır. Onun Braziliya klubu ilə müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin