
“Arsenal” fikrini dəyişib
“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin transferini tamamlamaqda çətinlik çəkir.
Komanda.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
Tərəflər əvvəlcə transfer şərtləri üzrə razılığa gəlib. “Arsenal” isveçli futbolçunun keçidi üçün “Sportinq”ə 70 milyon avro məbləğində əsas ödəniş və əlavə olaraq 10 milyon avro bonus verməyə hazır idi.
Ancaq indi “topçular” fikirlərini dəyişərək bonus hissəsini 10 milyon avrodan 3 milyona endirmək istədiklərini bildiriblər. Bu dəyişiklik transferin baş tutmaması ilə nəticələnə bilər.
2023-cü ildən “Sportinq”də çıxış edən Qyokereş bu müddətdə 102 oyunda 97 qol vurub, 28 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



