“Arsenal” onun transferindən imtina etdi

“Arsenal” “Leyptsiq”in hücumçusu Benjamin Şeşko ilə bağlı transfer planlarından imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi diqqətini Lissabon “Sportinq”ində çıxış edən Viktor Qyokereşə yönəldib. Artıq isveçli futbolçu ilə ilkin razılıq əldə olunduğu bildirilir.

“Topçular”ın Şeşkonun transferindən imtina etmələrinə səbəb kimi “Leyptsiq” rəhbərliyinin danışıqlarda sərgilədiyi sərt mövqeyi göstərilir. Klublar əvvəlcə yaxşı münasibətdə olsalar da, almanlar 22 yaşlı sloveniyalı hücumçuya görə 90 milyon avrodan yüksək məbləğdə israrlı olublar. Bu isə “Arsenal” rəhbərliyində narazılıq yaradıb.

Şeşko ötən il də “Arsenal”a keçmək şansı əldə etmişdi, ancaq gənc forvard o vaxt inkişafı üçün bir mövsüm də “Leyptsiq”də qalmağı üstün tutmuşdu. London klubu isə onun qiymətinin bu qədər yüksələcəyini gözləmirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button