Arrisabalaqa klubunu dəyişməyə yaxındır

Kepa Arrisabalaqa karyerasını İngiltərənin başqa top-klubunda davam etdirə bilər.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “Çelsi”yə məxsus olan ispaniyalı qapıçının xidmətində “Arsenal” maraqlıdır.

“Topçular” Arrisabalaqanı heyətinə qatmaqda qərarlıdır və transferin yaxın vaxtlarda baş tutacağı gözlənilir. O, ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.

30 yaşlı qapıçının transfer dəyəri təxminən 10 milyon avro qiymətləndirilir. O, 2024/25 mövsümündə Premyer Liqada 31 oyunda meydana çıxıb, 39 top buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button