
“Arsenal” alman futbolçu uğrunda mübarizədə favoritdir
“Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
24 yaşlı futbolçunun transferində əsas favorit “Arsenal”dır. Daha əvvəl mətbuatda Ştillerə “Real”, “Bayern” və “Mançester Yunayted”in də maraq göstərdiyi bildirilmişdi.
Almaniyalı oyunçunun qiyməti 38 milyon avro dəyərində müəyyən olunub. O, ötən mövsüm “Ştutqart”ın heyətində 47 oyuna çıxaraq, 4 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



