
“Arsenal” isveçli hücumçu üçün danışıqları dayandıra bilər
“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin transferi ilə bağlı danışıqları tamamilə dayandıra bilər.
Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
London təmsilçisi portuqaliyalılarla ortaq məxrəcə gələ bilmədiyi üçün transferdən imtina etməyə hazırdır. Son günlərdə tərəflər arasında heç bir əlaqə olmayıb.
“Arsenal” isveçli futbolçu üçün 65 milyon avro və əlavə bonuslar təklif etsə də, “Sportinq” daha yüksək məbləğ tələb edir.
Qyokereş son mövsümdə Portuqaliya çempionatında 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



