
“Arsenal” ekvadorlu müdafiəçi ilə bağlı danışıqları bitirib
“Arsenal” ekvadorlu müdafiəçi Piero İnkapienin transferi üçün Leverkuzen “Bayer”i ilə danışıqları demək olar ki, tamamlayıb.
Komanda.az xarici KİV-ə istindən xəbər verir ki, 23 yaşlı futbolçunun icarə əsasında və sonradan satınalma öhdəliyi ilə London klubuna keçəcəyi bildirilir.
İnkapie bu mövsüm Bundesliqanın ilk turunda “Hoffenhaym”la oyunda “Bayer”in heyətində 90 dəqiqə meydanda olub. Onun komandası həmin görüşdə 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



