İngiltərə klubu Kundeni 64 milyon avroya transfer etməyə hazırdır

“Barselona”nın futbolçusu Jül Kunde karyerasını İngiltərə Premyer Liqasının top-klublarından birində davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Arsenal” fransalı müdafiəçinin transferi ilə ciddi maraqlanır.

“Topçular” Kundeni heyətə qatmaq üçün təxminən 64 milyon avro ayırmağa hazırdır.

25 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədədir. O, bu mövsüm La Liqada 32 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button